Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb

Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb Hadisə iki avtomobilin toqquşması nəticəsində baş verib
Hadisə
14 İyun , 2017 08:14
Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, paytaxtın Cavanşir küçəsində taksi fəaliyyəti ilə məşğul olan iki avtomobil - "Mercedes" və "Jiquli" toqquşub.

Zərbənin gücündən "Jiquli" səki ilə hərəkət edən 1998-ci il təvəllüdlü Mahmudlu Məryəm Mirzağa qızına dəyib. Nəticədə piyada bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi