Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, şəhərin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.