Paytaxtda köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib

Paytaxtda köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib Şəhərin Suraxanı rayonunda liftdə qalan 3 nəfər çıxarılıb
Hadisə
17 Noyabr , 2014 08:46
Paytaxtda köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı şəhərində köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, şəhərin Suraxanı rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

FHN-in xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər liftin qapısını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Digər hadisə Bakının Yasamal rayonunda baş verib. Mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi