​Paytaxtda köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib

​Paytaxtda köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb
Hadisə
16 Fevral , 2015 05:20
​Paytaxtda köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi