Yuxarı

Paytaxtda kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb - FOTO

Paytaxtda kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb - FOTO
Hadisə Arzu şadlıq evinin qarşısında baş verib
© Report

Bakı. 13 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Əkbərov Zaur Arif oğlu "Arzu" şadlıq evinin qarşısında idarə etdiyi "10-KH-837" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə yolu keçən orta yaşlı qadın və yaşlı kişini vurub.

Naməlum qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti morqa təhvil verilib.

1975-ci il təvəllüdlü yaralı Osmanov Zaur İlyas oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü Z.Əkbərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Foto: Ruslan Məmmədov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi