Paytaxtda kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

Paytaxtda kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
7 İyul , 2018 07:58
Paytaxtda kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Binə qəsəbəsinin "Südçülük sovxozu" adlı ərazisində yaşayan 1990-ci il təvəllüdlü Məmmədov Tarıyel Rəşid oğlu həyat yoldaşının qohumları ilə dava edib.

Dava zamanı o, döyülərək bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi