Yuxarı
    Bağlamaq

    Paytaxtda hamamda çimən uşağı cərəyan vuraraq öldürüb

    7 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb

    Bakı. 26 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

    "Report" xəbər verir ki, Biləcəri qəsəbəsindəki yaşayş evlərindən birində 2010-cu il təvəllüdlü Hüsenyov Paşa Hafiz oğlu hamam otağında duş alarkən onu qəfildən cərəyan vurub.

    Uşaq ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi