Paytaxtda gənc oğlan özünü bıçaqlayıb

Paytaxtda gənc oğlan özünü bıçaqlayıb O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib
Hadisə
10 İyun , 2017 09:00
Paytaxtda gənc oğlan özünü bıçaqlayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunun Mircəlal küçəsi, 50 ünvanında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Şıxıyev Samir Müseyib oğlu bıçaqla özünə bir neçə dəfə xəsarət yetirərək intihara cəhd edib. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi