Bu gecə Bakıda daha bir piyada yol qəzasının qurbanı olub.
“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.
Yolu keçmək istəyən 1991-ci təvəllüdlü Salahov Teymurxan Səlimxan oğlunu avtomobil vurub.
Xəsarət alan piyada Respublika Nerocərrahiyyə Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.