Paytaxtda baş vermiş yol qəzasında 1 nəfər ölüb

Paytaxtda baş vermiş yol qəzasında 1 nəfər ölüb 1972-ci il təvəllüdlü Elxan İbrahimovun cəsədi təhvil verilib
Hadisə
7 Yanvar , 2017 21:28
Paytaxtda baş vermiş yol qəzasında 1 nəfər ölüb

Bakı. 7 yanvar. REPORT.AZ/ Paytaxtda yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verib.

Məlumata görə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Vaz”, “Mercedes” və “Qaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:49-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi