Paytaxtda baş verən yol qəzasında 24 yaşlı gəncin ayağı sındı

Paytaxtda baş verən yol qəzasında 24 yaşlı gəncin ayağı sındı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 İyul , 2021 05:46
Paytaxtda baş verən yol qəzasında 24 yaşlı gəncin ayağı sındı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Əsədov Namiq İsmayıl oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi