​Paytaxtda içərisində bahalı maşınların olduğu avtoservis yanıb

​Paytaxtda içərisində bahalı maşınların olduğu avtoservis yanıb Yanğın "Nissan”, “Range rover” markalı maşınlara maddi ziyan vurub
Hadisə
136
12 Mart , 2015 06:49
​Paytaxtda içərisində bahalı maşınların olduğu avtoservis yanıb

Bakı. 12 mart. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda vətəndaşa məxsus avtoservisdə yanğın olub.

"Report" xəbər verir ki, hadisə zamanı obyektdə təmirə dayanmış sahibi məlum olmayan “Nissan” markalı minik avtomobilinin yanar hissələri, “Range rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri, həmçinin mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley davidson” markalı motosikletləri yanıb.

Təmirə dayanmış “Range rover” markalı avtomobilin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi