Paytaxtda avtomobillərin toqquşması xəsarətlə nəticələnib

Paytaxtda avtomobillərin toqquşması xəsarətlə nəticələnib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Sentyabr , 2021 05:52
Paytaxtda avtomobillərin toqquşması xəsarətlə nəticələnib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Koroğlu küçəsində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Məmmədov Emin Mehdi oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi