Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib

Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Noyabr , 2021 02:54
Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib
0 : 00
0 : 00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Atatürk prospektində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Zeynalov Təhməz Cəbrayıl oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi