Paytaxtda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirdi

Paytaxtda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirdi Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
10 May , 2021 06:57
Paytaxtda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Heydər Əliyev prospektində yolu keçən 1992-ci il təvəllüdlü Xudulov Rəsul İbrahim oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi