Paytaxtda 26 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Paytaxtda 26 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb Bakının Yeni Yasamal rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə
10 İyul , 2019 23:24
Paytaxtda 26 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Bakının Yeni Yasamal rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Əsəd Əhmədov küçəsində 1993-cü il təvəllüdlü Əliyev Vüqar Azər oğlu iki nəfər tərəfindən döyülüb.

Nəticədə o, qapalı beyin travması və qarının küt travması diqanozu ilə  1 saylı Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi