Yuxarı
    Bağlamaq

    Paytaxtda 17 yaşlı gənc döyülərək xəsarət alıb

    Fərid Ələkbərov kəllə-beyin travması alıb

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.

    "Report"un məlumatına görə, hadisə rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.

    Belə ki, 17 yaşlı Fərid Ələkbərov küçədə tanışları tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan gənc hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.

    Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. 

    Yaralını dindirmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi