​Paytaxtda 11 maşının toqquşması nəticəsində 1 nəfər ölüb - FOTO

​Paytaxtda 11 maşının toqquşması nəticəsində 1 nəfər ölüb - FOTO Hadisənin böyüməsinə yoldan keçən maşınların qəzaya baxması səbəb olub
Hadisə
1 Aprel , 2015 06:12
​Paytaxtda 11 maşının toqquşması nəticəsində 1 nəfər ölüb - FOTO

Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 11 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Dərnəgül şosesində baş verən hadisə zamanı 1 nəfər dünyasını dəyişib.

Dərnəgül şosesinin Nərimanov rayonuna aid ərazisində ilk olaraq "Lifan" markalı maşının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarında duran "Daewoo" avtomobilinə vurub. Nəqliyyat vasitəsi ardınca daha iki "Mercedes" markalı avtomobilə dəyərək dayanıb. Qəza zamanı sürücülər yüngül xəsarət alıb.

Daha sonra isə yoldan keçən avtomobillərin qəzaya baxması başqa bir hadisənin baş verməsinə yol açıb. Bu zaman arxadan gələn "Mitsubishi" markalı avtomobil ara məsafəsi saxlamadığı üçün qarşısındakı "Mercedes"ə dəyib. Hadisə şahidləri "Mitsubishi"nin sürücüsünə ilkin tibbi yardım göstərib. Baş verən ikinci qəzadan sonra yolda sıxlıq yaranıb. Bu isə daha ağır qəzaya gətirib çıxarıb.

Belə ki, 5 avtomobil bir-birinə çırpılıb. Əvvəlcə “KamAZ” markalı yük maşını qarşıda dayanan “MAZ”a çırpılıb, “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan “VAZ 2107”yə, o da “Mercedes”ə dəyib. Sonuncu avtomobil “Chevrolet”lə toqquşub. Nəticədə “KamAZ”ın sürücüsü 1986-cı il təvəllüdlü Xəyyam Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi