​Paytaxt və bölgələrdə yanğın hadisələri baş verib

​Paytaxt və bölgələrdə yanğın hadisələri baş verib Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
22 Mart , 2015 22:15
​Paytaxt və bölgələrdə yanğın hadisələri baş verib

Bakı. 22 mart. REPORT.AZ/ Bu gün paytaxt Bakı və bəzi bölgələrdə yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin içərisinə yığılmış boş karton qutular yanıb.

Digər hadisə Qazax şəhərində baş verib. Vətəndaşa məxsus kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Masallı rayonunun Hüseynhacılı kəndində isə vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı yanıb.

Minşəçevir şəhərində qoşqunun karton üzlüyü və ona bitişik digər qoşqunun karton üzlüyü və içərisində olan istifadəyə yararsız avadanlıqlar yanıb.

Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi