Bakı. 14 sentyabr. REPORT.AZ/ Şabran rayonunun Molla Kamallı kəndinin sakini Musayeva Mirənisə Hacı qızı toy mərasimində zəhərlənib. "Report" xəbər verir ki, 1961-il təvəllüdlü qadın paytaxt salatından zəhərlənib.
Şabran Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Mirənisə Musayevanın vəziyyətinin ağır olduğu bildirilir.
Həkimi İmamqulu Ibrahimov müvafiq tibbi prosedurların yerinə yetirldiyini bildirib.