Paytaxt sakinləri Binəqədi rayonunda yanğında həlak olanların xatirəsini yad edir - FOTO

Paytaxt sakinləri Binəqədi rayonunda yanğında həlak olanların xatirəsini yad edir - FOTO Onlar binanın önünə gül dəstələri qoyurlar
Hadisə
20 May , 2015 18:38
Paytaxt sakinləri Binəqədi rayonunda yanğında həlak olanların xatirəsini yad edir - FOTO

Bakı. 20 may. REPORT.AZ/ Bu gün paytaxt sakinləri Bakının Binəqədi rayonunda yanğın baş verən binanın qarşısına toplaşıblar. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın önünə gül dəstələri qoyaraq, hadisə zamanı həlak olanların xatirəsini yad ediblər. 

Polis asayişi təmin edib. 

Xatırladaq ki, mayın 19-u Bakının Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfərə yaxını isə yaralanıb və ya zəhərlənib.

Son xəbərlər

Orphus sistemi