Paytaxt sakinini qətlə yetirib izi itirmək məqsədi ilə basdırıblar
Hadisə
24 Sentyabr , 2014
14:01


Bakı. 24 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) öldürüldükdən sonra basdırılan şəxslə bağlı məlumat yayıb. "Report"a DİN-dən daxil olan məlumata görə, hadisə zamanı Bakı şəhər sakini Vüsal Rəhimov Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi qətlə yetirdiyini etiraf edib. Sentyabrın 23-də V.Rəhimov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə sentyabrın 19-da itkin düşən Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsini bildirib. Mərhunun meyiti isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılıb. R.Xəlfəyevin meyiti ekspert-kriminalistlər tərəfindən eksqumasiya edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutularaq istintaqa təhvil veriliblər.
Son xəbərlər
