Paytaxt sakinini öldürmək istəyən şəxsə hökm oxunub

Paytaxt sakinini öldürmək istəyən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Aprel , 2019 13:52
Paytaxt sakinini öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Orucov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabrın 19-u saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş B.Orucov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi