Paytaxt sakini zibillikdən tapdığı silah-sursatı polisə təhvil verib

Paytaxt sakini zibillikdən tapdığı silah-sursatı polisə təhvil verib Bakı. 18 may. REPORT.AZ/ Bakı şəhər sakini zibillikdən tapdığı silah-sursatı polisə təhvil verib.
Hadisə
18 May , 2018 12:30
Paytaxt sakini zibillikdən tapdığı silah-sursatı polisə təhvil verib
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Bakı şəhər sakini zibillikdən tapdığı silah-sursatı polisə təhvil verib.  

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində yerləşən məişət tullantıları ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə təhvil verib. 

Son xəbərlər

Orphus sistemi