Paytaxt kafelərindən birində bıçaqlanma hadisəsi baş verib

Paytaxt kafelərindən birində bıçaqlanma hadisəsi baş verib Seymur Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb
Hadisə
22 Yanvar , 2015 06:41
Paytaxt kafelərindən birində bıçaqlanma hadisəsi baş verib

Bakı. 22 yanvar. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakıxanov dəmiryol stansiyası ərazisində 28 yaşlı Seymur Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Tərəflər arasında mübahisə Seymur Məmmədovun qeyri-rəsmi yaşadığı qadının işlədiyi kafedə başlayıb. Müəssisədə müştəri olan şəxslə Seymur Məmmədov arasında mübahisə düşüb. Mübahisəni həll etmək üçün tərəflər dəmiryol satnsiyasına gəliblər. Naməlum şəxs qəfildən cibindən bıçaq çıxararaq ona zərbə endirməyə başlayıb. Daha sonra hadisə yerindən qaçıb.

Seymur Məmmədovu xəstəxanaya çatdırmaq üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. Baş vermiş bıçaqlanma hadisəsi isə dəmiryol stansiyasının ərazisində baş verdiyindən faktı Sabunçu xətt polis şöbəsi araşdırır.

Hadisəni törədən şəxsin kimliyi isə artıq müəyyən edilib. Onun tutularaq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış-tədbirləri davam edir.

Son xəbərlər

Orphus sistemi