Yuxarı
    Bağlamaq

    ​Paytaxt sakini evində halsız vəziyyətdə tapılıb

    Xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıblar

    Bakı. 21 fevral. REPORT.AZ/ Axşam saatlarında paytaxtın Nərimanov rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    "Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, qurumun xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat saat 21:39-da başa çatmışdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi