"PAŞA Bank" “Paster” ləqəbli reperin həbsi ilə bağlı açıqlama yayıb

"PAŞA Bank" “Paster” ləqəbli reperin həbsi ilə bağlı açıqlama yayıb Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır.
Hadisə
27 Dekabr , 2019 18:18
PAŞA Bank “Paster” ləqəbli reperin həbsi ilə bağlı açıqlama yayıb
PAŞA Bank / Report

Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır. 

"Report" xəbər verir ki, bu barədə Bankın “Paster” ləqəbli reperin (Pərviz Quluzadə) həbsi ilə bağlı açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “PAŞA Bank” adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin, ümumiyyətlə, həqiqətə uyğun olub-olmamasına dair məlumatlara malik deyil. 

"Şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik.

Bankımızın adının bu cür qeyri-dəqiq, Bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.

Kütləvi informasiya vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri-dəqiq məlumatların və ya şaiyələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik", - açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi