Bakıda qonşusuna ağır xəsarət yetirməkdə təqsirləndirilən Bayramağa Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı
Hakim Novruz Kərimovun sədrlik etdiyi kollegiyanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu il aprelin 12-də Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 1951-ci il təvəllüdlü Bayramağa Novruzov mübahisə zəminidə qonşusu, 1962-ci il təvəllüdlü Əfqan Qurbanovu burğac (atvyortka) ilə qarnından vuraraq xəsarət yetirib.
B.Novruzov Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.