Parkda qətl törədən şəxslər məhkəmədə özlərini qismən təqsirli biliblər

Parkda qətl törədən şəxslər məhkəmədə özlərini qismən təqsirli biliblər Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Mart , 2019 14:39
Parkda qətl törədən şəxslər məhkəmədə özlərini qismən təqsirli biliblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan BağırovSəddam Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər üç şəxs özlərini qismən təqsirli bildiklərini deyiblər. Onlar növbəti iclasda ifadə verəcəklər.

Məhkəmə iclası aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Ş.Fətiyev, N.Bağırov və S.Hüseynli saxlanılıb.

Məlumata görə, R.Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxanada yaşayıb.

R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində Ş.Fətiyev və digər şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb. F.Qəribov hadisə yerindən qardaşı R.Qəribova zəng vuraraq onu köməyə çağırıb. R.Qəribov hadisə yerinə gəlib. Dava zamanı Ş.Fətiyev Rauf Qəribovu da ürək nahiyəsindən bıçaqlayıb. R.Qəribov "Azərsutikinti" xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi