Bakı. 2 may. REPORT.AZ/ Paris polisi mayın 1-də keçirilən nümayişlərdə baş verən iğtişaşların qarşısını alan zaman 276 nəfəri saxlayıb, onlardan 102-si hələ də nəzarət altındadır.
"Report" TASS-a istinadən xəbər verir ki, Paris polisinin ilkin məlumatına görə, etirazçılar 31 mağazaya zərər yetirib, 6 avtomobili yandırıb, daha 10 maşına ziyan vurublar.
Qarşıdurmalar zamanı dörd nəfər, o cümlədən xüsusi polis dəstəsinin döyüşçüsü yaralanıb.
Qeyd edək ki, iğtişaşlar Parisin cənub-şərqində əməksevərlərin 1 may nümayişləri zamanı mindən çox qara geyimli və maskalı adamın kütləyə qarışmasından sonra başlayıb.
Hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.