Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub Tələfat və ya dağıntı barədə məlumat verilmir
Hadisə
1 Dekabr , 2017 08:18
Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub

Bakı. 1 dekabr. REPORT.AZ/ Papua-Yeni Qvineyanın şərq sahillərində 6,2 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Finşhafen şəhərindən 59 kilometr şimal-qərbdə, Morobe vilayətində olub. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi