Papanində bıçaqlanma hadisəsi baş verib

Papanində bıçaqlanma hadisəsi baş verib Bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
27 Noyabr , 2017 06:09
Papanində bıçaqlanma hadisəsi baş verib

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda dava zamanı gənc oğlan bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Papanin kimi tanınan ərazidə (indiki Cəlil Məmmədquluzadə küçəsi) baş verib.

1993-cü il təvəllüdlü Abbaszadə Ümid tanışı ilə əlbəyaxa dava edib. Dava nəticəsində o bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi