Bakıda Pakistan vətəndaşının evindən oğurluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda Pakistan vətəndaşının evindən oğurluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda Pakistan vətəndaşının evindən oğurluq etməkdə təqsirləndirilən Qurban Məhərrəmovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
19 Dekabr , 2018 17:48
Bakıda Pakistan vətəndaşının evindən oğurluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda Pakistan vətəndaşının evindən oğurluq etməkdə təqsirləndirilən Qurban Məhərrəmovun cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Ümumilikdə, cinayət işində 24 zərərçəkmiş var.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci polis şöbəsinə məlumat verib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb

Son xəbərlər

Orphus sistemi