Bərdə rayonunda özünü Qarbağ kanalına ataraq intihara cəhd edən 26 yaşlı qadın xilas edilib.
"Report"un Qarabağ mərkəzinin məlumatına görə, Bərdə rayonunun Şorəlli kənd sakini, 1993-cü il təvəllüdlü R.B özünü Qarabağ su kanalına atıb.
Köməksiz vəziyyətdə qalan 26 yaşlı qadını Xankəndi şəhərindən məcburi köçkün olan Adıgözəlov Şamo Cəlil oğlu xilas edib. Qadın sudan çıxarıldıqdan sonra Ş.Adıgözəlovun köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan gənc qadının həyatını xilas etmək mümkün olub.
Qadının hansı səbəbdən intihara cəhd etməsi bilinmir.