​Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Bakı sakini həbs edilib

​Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Bakı sakini həbs edilib Cinayət işi baxılması üçün məhkəməyə göndərilib
Hadisə
5 Fevral , 2015 11:44
​Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Bakı sakini həbs edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Özünü vəzifəli şəxs kimi təqdim edən Bakı şəhər sakini Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaq zamanı M.Səfərovun “İqtisadi əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək Bakı şəhərində inşa edilən çoxmərtəbəli binada bir otaqlı mənzili şəhər sakininin adına rəsmiləşdirəcəyini, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi “REK Holdinq”ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin təmir-bərpa işlərini “Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə vurulan ziyanın əhəmiyyətli hissəsinin ödənilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi