Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının məhkəməsi başlayıb

Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib
Hadisə
17 Noyabr , 2017 11:19
Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının məhkəməsi başlayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilənprosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onların 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. İttiham aktına əsasən, həmin cinayət işində o, İ.Baxşıyevlə əlbir olub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il və İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb. Daha sonra iş araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, "AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

Son xəbərlər

Orphus sistemi