Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb Apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
Hadisə
7 Oktyabr , 2017 09:18
Özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadının cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə qərarı elan edib. Qərara əsasən, apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il və İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apellyasiya şikayətləri veriblər.

Son xəbərlər

Orphus sistemi