Özünü Kürə atan tələbənin meyiti çıxarılıb - ƏLAVƏ OLUNUB

Özünü Kürə atan tələbənin meyiti çıxarılıb - ƏLAVƏ OLUNUB Araşdırma aparılır
Hadisə
5 Yanvar , 2018 12:39
Özünü Kürə atan tələbənin meyiti çıxarılıb - ƏLAVƏ OLUNUB
Report

Mingəçevir. 5 yanvar. REPORT.AZ/ Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.

Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mingəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlibmiş və dayısının evində qalırmış. 

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi