Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub Bir neçə nəfərə dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlıya hökm oxunub.
Hadisə
1 İyul , 2022 10:55
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub

Bir neçə nəfərə dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlıya hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, F.Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi barədə vəd verib.

Həmçinin F.Sadıxlı digər zərərçəkmiş Tahir Hüseynovu da eyni üsulla aldadaraq ondan 100 min manat pul alıb.

Daha sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan F.Sadıxlının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi