Özünü hüquq mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxs apellyasiya şikayəti verib

Özünü hüquq mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxs apellyasiya şikayəti verib Şikayətə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq
Hadisə
8 Mart , 2018 17:29
Özünü hüquq mühafizə orqanının əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadan şəxs apellyasiya şikayəti verib

Bakı. 8 mart. REPORT.AZ/ Bakıda dələduzluqda təqsirləndirilən Rövşən Şükürov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək cəzasının azaldılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas martın 9-na təyin olunub. Şikayətə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini R.Şükürov saxlanılıb.

Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

R.Şükürov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi