Özünü FHN əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub

Özünü FHN əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub Fariz Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 Mart , 2017 12:40
Özünü FHN əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fariz Məlikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, F.Məlikov vətəndaşlara özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli nümayəndəsi kimi təqdim edərək, onları işə düzəltmək adı ilə vədlər verib. O, vətəndaşların ümumilikdə 90 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. F.Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi