Özünü FHN-in əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Özünü FHN-in əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası fevralın 24-nə təyin edilib
Hadisə
16 Fevral , 2017 12:23
Özünü FHN-in əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fariz Məlikovun cinayət işi üzərə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, F.Məlikov vətəndaşlara özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxsi kimi təqdim edərək, onları işə düzəltmək adı ilə vədlər verib. O, vətəndaşların ümumilikdə 90 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

F.Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi