Özündən 9 yaş böyük sevgilisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Özündən 9 yaş böyük sevgilisini bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakıda birlikdə yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Rəşad Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4 Sentyabr , 2019 09:44
Özündən 9 yaş böyük sevgilisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda birlikdə yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Rəşad Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rahib Salmanovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Firəngiz Abdullayeva onunla eyni evdə yaşayan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

R.Mirzəyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi