Yuxarı

Özlərini vergi işçisi kimi təqdim edib sahibkarlardan pul alan 3 nəfər saxlanılıb - FOTO

Faktla bağlı araşdırmalar aparılır

Qazax. 29 iyul. REPORT.AZ/ Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb. 

"Report"un qərb bürosunun verdiyi məlumata görə, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər.

Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayevin üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlarından toplanmış qəbzlər də götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi