Özbəkistan prezidenti Ermənistanın baş nazirini qəbul edib

Özbəkistan prezidenti Ermənistanın baş nazirini qəbul edib Karen Karapetyan: "Ermənistan Özbəkistanla dövlətlərarası əlaqəni fəllaşdırmaqda maraqlıdır"
Hadisə
3 Noyabr , 2017 17:48
Özbəkistan prezidenti Ermənistanın baş nazirini qəbul edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyan Özbəkistana səfəri çərçivəsində özbək həmkarı Abdulla Aripovla görüşüb.

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Karen Karapetyan bildirib ki, Ermənistan Özbəkistanla dövlətlərarası əlaqəni fəallaşdırmaqda maraqlıdır.

Hökumət başçıları iki ölkə arasında əlaqələrin siyasi cəhətdən də artırılmasına yeni təkan verməyi razılaşdırıblar.

Eyni zamanda Özbəkistan prezidenti Şavkat Mirziyayev də noyabrın 3-də Karen Karapetyanı qəbul edib. 

Son xəbərlər

Orphus sistemi