Oxot dənizində Rusiyaya məxsus gəmi batıb: 43 ölü - YENİLƏNİB

Oxot dənizində Rusiyaya məxsus gəmi batıb: 43 ölü - YENİLƏNİB Hadisə zamanı gəmidə 132 nəfər olub
Hadisə
2 Aprel , 2015 06:15
Oxot dənizində Rusiyaya məxsus gəmi batıb: 43 ölü - YENİLƏNİB

Bakı. 2 aprel. REPORT.AZ/ Oxot dənizində Rusiyaya məxsus "Dalni Vostok" adlı gəminin batması nəticəsində ölənlərin sayı 43-ə çatıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Kamçatka yarımadasına yaxın bölgədə baş verən qəza zamanı gəmidə olan 132 sərnişin və şəxsi heyətdən ancaq 43-ü xilas edilə bilib. 26 nəfərin axtarışı isə hələ də davam etdirilir.

Xilasedicilər dəniz sularından 43 meyit çıxarıb. Xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə qəza bölgəsində 26 gəmi göndərilib.

Qeyd edək ki, "Dalni Vostok" gəmisində Rusya, Litva, Myanma, Ukrayna və Vanuatu vətəndaşları olub. 

İlkin ehtimallara görə, gəmi iri buz parçasına çırpılaraq batmağa başlayıb.

*** 

Bakı. 2 aprel. REPORT.AZ/ Sakit okeanın şimal-qərb hissəsində yerləşən Oxot dənizində Rusiyaya məxsus "Dalni Vostok" adlı gəmi batıb.

"Report"un İnterfax-a istinadən verdiyi məlumata görə, hadisə zamanı gəmidə 132 nəfər olub. Onlardan 8-inin ölüm xəbəri artıq təsdiqlənib. Daha 25 nəfəri xilas etmək mümkün olub.

11 gəminin cəlb olunduğu xilasetmə əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi