Övladları boşanan qudalar məhkəmənin qarşısında dalaşıb, oğlanın atası qızın anasını döyüb

Övladları boşanan qudalar məhkəmənin qarşısında dalaşıb, oğlanın atası qızın anasını döyüb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 İyul , 2017 15:32
Övladları boşanan qudalar məhkəmənin qarşısında dalaşıb, oğlanın atası qızın anasını döyüb

Gəncə. 25 iyun. REPORT.AZ/ Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qarşısında dava düşüb. 

“Report”un Qərb bürosunun məlumatına görə, övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib. 

Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi