Ötən il yol qəzası qurbanı olanların 81,2 faizi kişilərdir

Ötən il yol qəzası qurbanı olanların 81,2 faizi kişilərdir Ötən il qeydə alınan bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib
Hadisə
10 Fevral , 2021 12:28
Ötən il yol qəzası qurbanı olanların 81,2 faizi kişilərdir

Ötən il qeydə alınan bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,2 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil edib.

2020-ci ildə Azərbaycanda 1 587 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol-nəqliyyat hadisələrində 696 nəfər həlak olub, 1 410 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi