Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub Ötən il yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 999,1 min olub.
Hadisə
14 Fevral , 2020 12:29
Ötən il qaydaları pozan sürücülər 119 milyon manat cərimə olunub

Ötən il yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 999,1 min olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi