​Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 12 825 hadisə aşkarlanıb

​Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 12 825 hadisə aşkarlanıb "Nömrətanıma" sistemi vasitəsilə axtarışda olan 111 nəqliyyat vasitəsi müəyyənləşdirilib
Hadisə
3 Mart , 2016 17:59
​Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 12 825 hadisə aşkarlanıb

Bakı. 3 mart. REPORT.AZ/ 2014-cü illə müqayisədə 2015-ci ildə videomüşahidə vasitələrinin tətbiqiylə 12 825 hadisə aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Nəticədə 81 cinayət işi açılıb, 11 713 yol-nəqliyyat hadisəsi (200-ü piyadaların vurulması), 360 fakt ictimai asayişin pozulması, 6 avtoxuliqanlıq, 117 yanğın, hərəsi bir fakt olmaqla qəsdən adamöldürmə və oğurluq, 626 digər hadisə müəyyən edilib.

"Nömrətanıma" sistemi vasitəsilə axtarışda olan 111 və digər nəqliyyat vasitəsinə verilən qeydiyyat nişanıyla idarə edilən 40 nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi